...

ABŞ-ın ən yaşlı vətəndaşı öldü

Maraqlı Materials 28 İyul 2012 11:26 (UTC +04:00)
ABŞ-ın ən yaşlı vətəndaşı - 111 yaşlı Şelbi Harris qaldığı qocalar evində yatan zaman dünyasını dəyişib.
ABŞ-ın ən yaşlı vətəndaşı öldü

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir M.Salmanov/

ABŞ-ın ən yaşlı vətəndaşı - 111 yaşlı Şelbi Harris qaldığı qocalar evində yatan zaman dünyasını dəyişib. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

1901-ci ildə anadan olan Harris 6 il idi ki, İllinoisdə qocalar evində yaşayırdı. İki dəfə ailə quran Harrisin 3 övladı var.

Onun ölümü ilə ABŞ-ın ən yaşlı vətəndaşının ünvanı sentyabrda 111 yaşına girəcək Ceyms MakKubriyə keçib.

Xəbər lenti

Xəbər lenti