...

Ən iri narıncı brilyant 2,1 milyon dollara satıldı

Maraqlı Materials 11 Dekabr 2012 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Narıncı rəng çalarlı nadir qırmızı brilyant bazar ertəsi Nyu-Yorkdakı "Christie's" hərrac evində 2,1 milyon dollara satılıb. Daşın çəkisi üç karatdır. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumatr verir.

Bir vaxtlar ABŞ-ın Qiymətli Daşlar İnstitutu tərəfindən qiymətləndirilmiş bu daş hərraclarda satışa çıxarılan təbii qırmızı-narıncı çalarlı ən iri almazdır. Hərracın təşkilatçıları daş üçün 700 mindən 1,2 milyon dollara qədər qiymət qoyulacağını nəzərdə tutmuşdular. Çünki qırmızı rəng almazlar üçün çox nadir rəng hesab edilir.

Dünyada çəkisi beş karatdan artıq olan cəmi üç qırmızı brilyant məlumdur. Onlardan biri - 5,03 karatlıq "DeYoung Red" cilalanmış brilyantı Vaşinqtonda Smitsonovski Təbii Tarix Muzeyindədir.

Qeyd edək ki, "Graff" firmasının 50,1 karatlıq cəlbedici ölçüdə rəngsiz brilyantı hərracın ən bahalı lotu olub. Hərrac evi tərəfindən 10 milyon dollara qədər məbləğdə qiymətləndirilmiş bu brilyant isə 8,4 milyon dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti