...

Kök adamların diqqətinə: piylənməyə səbəb bakteriyalar ola bilər

Maraqlı Materials 20 Dekabr 2012 10:42 (UTC +04:00)
Şanxay alimləri son tədqiqatlar nəticəsində piylənməyə bakterial infeksiyanın səbəb ola biləcəyi qənaətinə gəliblər.
Kök adamların diqqətinə: piylənməyə səbəb bakteriyalar ola bilər

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Şanxay alimləri son tədqiqatlar nəticəsində piylənməyə bakterial infeksiyanın səbəb ola biləcəyi qənaətinə gəliblər. Trend-in məlumatına görə, bu barədə İngiltərədə dərc olunan nüfuzlu "Faynenşl Tayms" qəzeti xəbər verir.

Qəzet yazır ki, bu novator tədqiqatın səhiyyə, əczaçılıq və yeyinti sənayesi üçün böyük nəticələri ola bilər.

Belə ki, Şanxayda aparılan təcrübə zamanı siçanlar yağlı yeməklərlə qidalandırılıb və onlar az hərəkətli həyat tərzi keçirməyə məcbur edilib. Nəticədə piylənməyə yalnız enterobakter bakteriyalarına "yoluxmuş" siçanlar məruz qalıb.

Qəzet "İnternəşnl Sosyeti for Mikrobial Ekoloci" elmi dərgisindəki məqaləyə istinadən yazır: "Onlar maddələr mübadiləsinə nəzarət edən genlər arasında tarazlığı pozurlar. Bununla da həmin bakteriyalar orqanizmdə piyin yaranması və onun ehtiyatlarının toplanmasına səbəb olur".

Eyni zamanda alimlər enterobaterin daha bir ziyanlı xüsusiyyətini də aşkara çıxarıblar. Belə ki, "o, orqanizmdə insulinin müqavimətinin zəifləməsinə təhrik edən maddə hasil edir". Odur ki, xəstələr toxluq hiss etmədiklərinə görə daha çox yeyirlər.

Qeyd edək ki, bu tədqiqat tibb və qida sənayesi mütəxəssisləri arasında piylənmə pandemiyasına kimin səbəb olması barədə mübahisələrin qızışmasına yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti