...

Kennedinin yay gödəkcəsi 665 min dollara satılıb

Maraqlı Materials 19 Fevral 2013 03:17 (UTC +04:00)
ABŞ-ın sabiq prezidenti Con Kennedinin xüsusi hazırlanmış yay gödəkcəsi 665 min dollara satılıb.
Kennedinin yay gödəkcəsi 665 min dollara satılıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

ABŞ-ın sabiq prezidenti Con Kennedinin xüsusi hazırlanmış yay gödəkcəsi 665 min dollara satılıb. Trend-in İnterfaksa istinadən yaydığı məlumatda bildirilir ki, gödəkcənin auksionda ilkin qiyməti 20 mindən 40 min dollara qədər müəyyənləşdirilib.

Məlumatda bildirilir ki, gödəkcənin alınması üçün auksion 6 saatdan çox davam edib.

Bu auksionda ABŞ-ın sabiq prezidentinə aid müxtəlif əşyalarla bağlı təxminən 700 lotto təqdim edilib.

Auksionu Kennedinin xüsusi köməkçisi Devid Pauerin ailəsi təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti