...

Kennedinin qətli zamanı çəkilmiş fotoşəkil hərraca çıxarılır

Maraqlı Materials 18 Oktyabr 2013 18:18 (UTC +04:00)
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qətli zamanı çəkilmiş fotoşəkil Ohayo ştatının Sinsinnati şəhərində satışa çıxarılacaq.
Kennedinin qətli zamanı çəkilmiş fotoşəkil hərraca çıxarılır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir C.Babayeva/

ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qətli zamanı çəkilmiş fotoşəkil Ohayo ştatının Sinsinnati şəhərində satışa çıxarılacaq. Trend Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə foroşəklin müəllifi 81 yaşlı Meri Enn Murmen Kramer "The Cincinnati Enquirer"ə bildirib.

Hərrac noyabrın 15-də - C.Kennedinin qətlinin 50-ci ildönümünə bir həftə qalmış keçiriləcək. Auksionun təşkilat işləri ilə "Cowan's Auctions" şirkəti məşğul olur.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, fotoşəkil 50-75 min dollara satıla bilər.

Qeyd edək ki, C.Kennedi 22 noyabr 1963-cü il tarixində Texas ştatında üstü açıq avtomobildə gedərkən qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti