...

Dünyada əmək miqrantları il ərzində doğmalarına 500 milyard dollardan çox vəsait göndərirlər

Maraqlı Materials 18 Dekabr 2013 17:24 (UTC +04:00)
Bütün dünyada əmək miqrantları doğma vətənlərindəki ailələrinə ildə 500 milyard dollardan artıq vəsait göndərirlər ki, bu da 2000-ci ildəki göstəricidən demək olar ki, üç dəfə çoxdur.
Dünyada əmək miqrantları il ərzində doğmalarına 500 milyard dollardan çox vəsait göndərirlər

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bütün dünyada əmək miqrantları doğma vətənlərindəki ailələrinə ildə 500 milyard dollardan artıq vəsait göndərirlər ki, bu da 2000-ci ildəki göstəricidən demək olar ki, üç dəfə çoxdur.

Vəsaitlərin belə axını dünyanın yoxsul ölkələrinin iqtisadiyyatlarına əhəmiyyətli dəstəyi təmin edir və onların ÜDM-nin orta hesabla 8 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə "Pew Research Center" hesabatında deyilir.

Beynəlxalq miqrantların sayı 1990-cı ildəki 154 milyondan 2013-cü ildə 232 milyon nəfərədək artıb. Lakin onların dünya əhalisinin sayındakı payı faiz ifadəsində əvvəlki kimi 3 faiz təşkil edir.

Bununla yanaşı, miqrasiyanın ən çox seçilən istiqaməti dünyanın digər ölkələrini bir qədər qabaqlayan ABŞ olaraq qalır. Hazırda dünyadakı əmək miqrantlarının 20 faizi (46 milyon nəfər) ABŞ-da yaşayır.

İkinci yerdə 11 milyon miqrantla Rusiyadır.

Almaniya 20 ilə yaxın müddət ərzində altıncı yerdən üçüncü yerə yüksəlib.

Adambaşına düşən gəlirin yüksək olduğu bütün ölkələrdə 160 milyon miqrant, yaxud onların ümumi sayının 69 faizi yaşayır ki, 23 il əvvəl bu rəqəm 87 milyon və ya 57 faiz idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti