...

İlk dəfə insultdan sonra əsəb hüceyrələrinin bərpası mexanizmi kəşf edilib

Maraqlı Materials 13 Oktyabr 2014 12:27 (UTC +04:00)
İsveç alimləri bu günədək naməlum olan yeni mexanizm kəşf ediblər. Belə ki, həmin mexanizm sayəsində beyin iflicdən sonra yeni əsəb hüceyrələri yaradır.
İlk dəfə insultdan sonra əsəb hüceyrələrinin bərpası mexanizmi kəşf edilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

İsveç alimləri bu günədək naməlum olan yeni mexanizm kəşf ediblər. Belə ki, həmin mexanizm sayəsində beyin iflicdən sonra yeni əsəb hüceyrələri yaradır. Trend xəbər verir ki, bu tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Adətən işemik insultun səbəbi beyin damarlarında qanın laxtalanmasıdır. Beyində qan dövranı dayanır və nəticədə oksigen qıtlığından çoxlu sayda əsəb hüceyrələri ölür. Bu da istinad-hərəkət aparatının, hissiyyat orqanlarının işində və şüurda pozulmalara gətirib çıxarır.

Alimlər siçanlarda süni olaraq yaradılan insultdan sonra beynin zədələnmiş hissəsində astrositlər adlanan dayaq hüceyrələrinin necə əsəb hüceyrələrinə çevrilməyə başladığını nümayiş etdiriblər.

Astrositlərdəki bu gizli proses təkcə insult zamanı deyil, başqa xəstəliklərdə (Parkinson xəstəliyi) və beyin zədələnmələrində də işə salına bilər.

Qeyd edək ki, dünyada insultdan ölüm halları ürəyin işemik xəstəliyindən sonra ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti