...

Körpələri dəyişik düşən iki ailəyə təzminat (FOTO)

Maraqlı Materials 10 Fevral 2015 20:27 (UTC +04:00)
Fransada 20 il əvvəl kuvez-inkubatorda körpələri dəyişik salınan iki ailəyə 1,8 milyon avro təzminat veriləcək.
Körpələri dəyişik düşən iki ailəyə təzminat (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Məftun Salmanov/

Fransada 20 il əvvəl kuvez-inkubatorda körpələri dəyişik salınan iki ailəyə 1,8 milyon avro təzminat veriləcək.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, Kann şəhər məhkəməsi klinikanın hər iki ailə üçün ümumilikdə 1,8 milyon avro ödəməsi barədə hökm çıxarıb.

Ailələrin bioloji qızlarını geri almaq tələbi olmadığına görə onlar böyüdükləri evlərdə yaşamağa davam edəcəklər.

Qeyd edək ki, ailələrdən birinin qızı doğularkən sarılıq xəstəliyinə görə 4 gün kuvez-inkubatorda qalıb. Xəstəxanadan çıxarkən verilən körpənin qızlarına bənzəmədiyini bildirən ailənin şikayətinə məhəl qoyulmayıb.

Qızları böyüyəndən sonra isə ailəsi onun fiziki olaraq özlərinə bənzəmədiyinə görə atalıq testi keçirib. Hər şey də bundan sonra üzə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti