...

Musiqi yaşlı insanlara ziyandır

Maraqlı Materials 12 Fevral 2015 17:03 (UTC +04:00)
Psixoloqlar yazırlar ki, böyük və yaşlı insanlar yaxınlıqda musiqi çalınırsa, yeni informasiyanı, hətta ad və üz kimi sadə şeyləri yadda saxlamaqda böyük çətinlik çəkirlər, həm də bu effekt yaş artdıqca daha da ağırlaşır.
Musiqi yaşlı insanlara ziyandır

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Psixoloqlar yazırlar ki, böyük və yaşlı insanlar yaxınlıqda musiqi çalınırsa, yeni informasiyanı, hətta ad və üz kimi sadə şeyləri yadda saxlamaqda böyük çətinlik çəkirlər, həm də bu effekt yaş artdıqca daha da ağırlaşır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

ABŞ-ın Atlanta ştatındakı Corciya Texnoloji İnstitutunun əməkdaşı Sara Rivz və onun həmkarları müşahidə apararaq kollecin bəzi tələbələrində və orta, yaxud ahıl yaşda olan könüllülərdə müxtəlif audiovizual qıcıqlandırıcı və yayındırıcı səslər zamanı yaddaşın kəskinliyinin necə dəyişdiyini müəyyən ediblər.

S.Rivz izah edir: "Biz yaxşı bilirik ki, yaşlı insanlarda və qocalarda səs-küy və səs mənbələri və konsentrasiyasının diqqətsizliyi problemi var. Üstəlik, assosiativ yaddaş insanın qocaldığı müddətdə nəzərəçarpacaq dərəcədə pisləşir: hansı adın hansı üzə məxsus olduğunu, harada və kimlə danışdığımızı qocaldıqca yadda saxlamaq daha çətin olur".

Təcrübə göstərib ki, gənc insanlar həm sakitlikdə, həm də musiqi çalındığı zaman adların və portretlərin arasında assosiasiyaların yadda saxlanılması ilə bağlı praktiki olaraq problem hiss etmirlər. Digər tərəfdən, yaşlılar bu məsələnin öhdəsindən daha pis gəliblər və bütovlükdə, otaqda musiqi çalınanda hadisələri 10 faiz daha az yadda saxlayıblar. Həm də bu effekt sınağın ən yaşlı iştirakçılarının arasında daha çox özünü büruzə verib.

S.Rivz hesab edir ki, qocalar evi işçilərinin yaşlıların yaşadıqları şəraitə diqqət yetirmələri lazımdır. Ola bilər ki, onlar qocalarla ünsiyyət zamanı musiqini söndürməli və ya qoşmalı olacaqlar. Eynilə, yaşlı insanlar səs-küylü kafedə və başqa ictimai yerlərdə işgüzar görüşlərdən çəkinməli və onları daha sakit yerlərdə keçirməlidirlər. Və əgər siz maşın sürən zamanı yolu səhv salmısınızsa, onda radionu söndürmək daha yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti