Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/
Böyük Britaniyada "Ebay" nümunəsində hüquqi mübahisələrin həlli üçün onlayn məhkəmələr tətbiq etməyi təklif ediblər.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hakimlər sənədləri təhlil etdikdən sonra iddialar üzrə işlərə 25 min funt sterlinqədək qiymətə baxacaqlar.
Bunun üçün sənədləri elektron formada təqdim etmək, ehtiyac olarsa, telefon dinləmələri təşkil etmək lazımdır. Bununla da iddiaçılar və cavabdehlərin ifadə vermək üçün məhkəməyə gəlməsinə ehtiyac qalmayacaq.
Hökumət bununla da məhkəmə sisteminə ayrılan pulların həcmini azaltmaq niyyətindədir.