...

Hindistanda fil qəzəbləndi, 4 nəfəri öldürdü

Maraqlı Materials 4 Mart 2015 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Tural Turan/

Vəhşi fil Hindistanın Bihar ştatındakı kəndlərdən birinin sakinlərinə hücum edib, 4 nəfər ölüb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Hadisə bu gün baş verib. Filin hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Yerli polis nümayəndəsinin sözlərinə görə, filin hücumu nəticəsində yaralananlardan ikisi xəstəxanada dünyasını dəyişib.

Yerli hakimiyyət orqanlarından verilən məlumata əsasən, qəzəblənmiş heyvanı tutmaq hələ mümkün olmayıb. Heyvanın tutulması üçün əlavə qüvvələr cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti