...

Niyə köhnə fotolarda heç kəs gülmür? (FOTO)

Maraqlı Materials 9 Aprel 2015 22:23 (UTC +04:00)
XIX əsrdə çəkilən fotolara baxarkən heç kimin gülmədiyini görmək olar.
Niyə köhnə fotolarda heç kəs gülmür? (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

XIX əsrdə çəkilən fotolara baxarkən heç kimin gülmədiyini görmək olar. Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunun səbəbi ilə bağlı bəzi ehtimallar var.

Bunlardan birincisi, köhnə fotoaparatların gülümsəmə anını tuta biləcək texnologiyaya malik olmamasıdır. İkincisi isə fotoqraf sənətinə rəsm sənətinin bir hissəsi kimi baxılması ilə əlaqədardır. Keçmişdə insanlar qaş-qabaqlarını tökərək rəssamlara portretlərini çəkdirməyə vərdiş etmişdilər.

Daha bir təxmin onunla əlaqədardır ki, keçmiş fotolar ölümsüzlüyün bir hissəsi kimi qəbul edilirdi. Buna görə də ölülərin fotolarını çəkmək adəti də bu cür düşüncənin məhsuludur.

Və son olaraq, keçmiş mədəniyyətlərdə gülmək axmaqlıq hesab edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti