...

"Hörümçək-adam" Dubaydakı 75 mərtəbəli göydələni sığortasız fəth etdi

Maraqlı Materials 15 Aprel 2015 16:14 (UTC +04:00)
“Hörümçək-adam” ləqəbli tanınmış ekstremal Alen Rober alpinist ləvazimatları və sığortası olmadan Dubayda yerləşən və planetimizin ən yüksək göydələnlərindən biri olan 75 mərtəbəli "Cayan Tower" adlı göydələni fəth edib.
"Hörümçək-adam" Dubaydakı 75 mərtəbəli göydələni sığortasız fəth etdi

Azərbaycan, Bakı, 15 aprel /Trend/

"Hörümçək-adam" ləqəbli tanınmış ekstremal Alen Rober alpinist ləvazimatları və sığortası olmadan Dubayda yerləşən və planetimizin ən yüksək göydələnlərindən biri olan 75 mərtəbəli "Cayan Tower" adlı göydələni fəth edib.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, tamaşaçıların və polislərin gözü önündə fransız sığortasız dünyanın ən yüksək spiral şəkilli binasına qalxıb. Sonrakı etiraflarında A.Rober bildirib ki, bu gün üçün apardığı hazırlıqlar düz iki il davam edib.

Fransalı qayayadırmanan 310 metr hündürlüyün öhdəsindən cəmi 65 dəqiqəyə gələ bilib. Bu zaman o, yalnız təbaşir və xüsusi ayaqqabıdan istifadə edib. A.Rober öz planlarını belə qabaqlayıb - binanın çətin fasadına görə "hörümçək-adam" ona qalxmaq üçün 90-120 dəqiqə vaxt qoymuşdu.

İndi A.Rober "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün ərizə vermək iddiasındadır.

Karyerası boyunca "hörümçək-adam" təxminən 130 göydələn fəth edib. Bu binaların siyahısında Ərəb Əmirliklərindəki "Bürc-Xəlifə", Nyu Yorkdakı "Empayr steyt bildinq", Parisdəki Eyfel qülləsi və b. var. Qalxmalarının bir çoxu hökumət tərəfindən razılaşdırılmadığı üçün idmançı dəfələrlə polis tərəfindən tutulub.

Qeyd edək ki, bu dəfə A.Rober Dubaya xüsusi olaraq dəvət edilib. Onun qalxmasının məqsədi - dəyəri 300 milyon dollar olan yeni göydələnin tikilməsinə diqqət cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti