...

İsveçrə ordusu inəklərə kömək edəcək

Maraqlı Materials 21 İyul 2015 21:45 (UTC +04:00)
İsveçrə hərbçilərinə inəklərə kömək etmək əmri verilib.
İsveçrə ordusu inəklərə kömək edəcək

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İsveçrə hərbçilərinə inəklərə kömək etmək əmri verilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, heyvanları istidən qorumaq məqsədilə ordu Yura dağlıq massivində süni nohurlar yaradır.

Bu məqsədlə İsveçrə hərbçiləri nohurları şirin su ilə dolduracaqlar. Su nohurlara yaxınlıqdakı göllərdən helikopter vasitəsilə gətiriləcək.

Qeyd edək ki, İsveçrə ərazisində rekord isti temperatur müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti