...

Həkimlər qayçını xəstənin bədənində unutdu (FOTO)

Maraqlı Materials 5 Avqust 2015 06:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Rusiyada 3 il əvvəl qeysəriyyə əməliyyatı olunan Aisina Zindusova kəskin qarın sancıları ilə yenidən xəstəxanaya üz tutub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, A.Zindusovanı rentgen müayinəsindən keçirən həkimlər təəccübləniblər.

Belə ki, 3 il əvvəl qeysəriyyə əməliyyatı zamanı 20 santimetr uzunluğunda əməliyyat qayçısı A.Zindusovanın qarnında unudulub.

Lakin 3 il ərzində A.Zindusova özünü normal hiss etdiyini bildirib: "İndiyə qədər özümü normal hiss etmişəm, lakin indi inana bilmirəm ki, 3 il ərzində bu uzunluqda qayçını bədənimdə gəzdirmişəm".

Hadisə ilə bağlı xəstəxanada araşdırmalara başlanılıb və A.Zindusova xəstəxananı məhkəməyə verməyi düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti