Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Tailandın milli parklarının birində yaxınlaşan motosikletin səsindən narahat olan fil sürüsü hövsələdən çıxıb.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, nəhəng fillərin motosikletə yaxınlaşdığını görən sürücü nəqliyyat vasitəsindən düşüb.
Onun dua etməkdən başqa çarəsi qalmayıb. Sürücünün zərərsiz olduğu qənaətinə gələn fillər də ona xətər yetirməyiblər.