...

Dünyada ən çox sərnişin Dubay aeroportundan keçir

Maraqlı Materials 1 Fevral 2016 16:17 (UTC +04:00)
Dubayın beynəlxalq aeroportu 2015-ci ildə dünyada ən çox sərnişin daşıyan hava limanı elan edilib.
Dünyada ən çox sərnişin Dubay aeroportundan keçir

Bakı. Elçin Hüseynov - Trend:

Dubayın beynəlxalq aeroportu 2015-ci ildə dünyada ən çox sərnişin daşıyan hava limanı elan edilib. Bu barədə Trend Reuters-ə istinadən məlumat verir.

Dubay aeroportu rəsmilərinin bildirdiyinə görə, söhbət beynəlxalq aviauçuşlardan gedir.

Hava limanının icraçı direktoru Pol Qriffits bildirib ki, ötən il ərzində yeni aviaşirkətlərin gəlişi və yeni marşrutların əlavə olunması ümumi trafikin 10,7% artmasına səbəb olub. Təkcə dekabr ayı ərzində aeroportdan 7 milyondan çox sərnişin faydalanıb. Ümumilikdə 2015-ci il ərzində bu göstərici 75 milyon nəfər olub.

Qeyd edək ki, "dünyanın ən gediş-gəlişli aeroportu" titulunu uzun illər Londonun "Heathrow" hava limanı daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti