Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının iclası keçirilib

Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası növbəti iclasını keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, martın 11-də ARNK yanında Tərcümə Mərəzinin Elmi-Bədii Şurası növbəti iclasını keçirib. İclasda nəşrə hazırlanan "Azərbaycan ədəbiyyatı antologiyası" nın mündəricatı və "İşlək orfoqrafiya lüğəti" üzərində aparılan işlər müzakirə edilib.

Mərkəzin direktoru Afaq Məsud: -

Bilirsiniz ki, Mərkəz Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məqsədi ilə "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının müxtəlif dillərdə və formatlarda nəşrini və təbligini həyata keçirir. Antologiyanın rus dilində Moskvada nəşri, artıq baş tutdu, Moskva Yazıçılar Birliyinin iştirakı ilə geniş təqdimat mərasimi keçirildi və kitablar ölkənin aparıcı kitabxanalarına və təhsil ocaqlarına yerləşdirildi. Hazırda kitab ərəb dilində Misirdə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşrə hazırlanır, ingilis, alman, fransız və ispan dillərinə tərcümə edilir və həmin ölkələrdə nəşrinə dair danışıqlar aparılır. Nəzərinizə təqdim olunan bu siyahı antologiyanın Azərbaycan versiyasının mündəricatıdır və göründüyü kimi, xarici ölkələr üçün nəzərdə tutulan formatdan daha geniş və əhatəlidir. Məsələ burasındadır ki, milli ədəbiyyatımızı dünyaya tanıtdırmaq məqsədi ilə müxtəlif dillərə tərcüməsinə başlayarkən, belə məlum oldu ki, bu şi həyata keçirmək üçün istifadə olunacaq, bəhrənəcək mənbənin özü, yəni hər bir ölkənin ədəbiyyatının vizit vərəqəsi olan belə bir nəşr Azərbaycanda da yoxdur və nə qədər qəribə də olsa, heç olmayıb da. Odur ki, bu nəşrin Azərbaycan dilində də hazırlmasının vacibliyi gündəmə gəldi.

Sonra söz Şura üzvlərinə verilib. Akademik Nizami Cəfərov, filoloji elmlər doktoru, professor Cəlil Nağıyev, filoloji elmlər doktoru, professor Vilayət Hacıyev, filoloji elmlər doktoru, professor Paşa Kərimli, şair Ramiz Rövşən kitaba daxil edilməsi qərara alınan ədiblərin və əsərlərin seçimi ilə bağlı öz fikirlərini söylədilər, təklif və tövsiyyələrini bildirdilər. Sonda antologiyanın, qədim dövrlərdən başlayaraq, müasir ədəbiyyatı əhatə edəcək, daha geniş formatda - 3 cilddə tərtib edilməsi, tanınmış Cənub Azərbaycan şair və yazıçılarına, həmçinin rusdilli yazıçı və şairlərə də yer verilməsi qərara alında.

Daha sonra ARNK yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı "İşlək orfoqraıiya lüğəti" və hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ndə çıxarılan sözlərin təsnifatı müzakirə olundu.

Akademik Nizami Cəfərov:

- Mən artıq dəfələrlə demişəm, televiziyalarda da bildirmişəm, bu görülən iş çox mühüm işdir və mütləq şəkildə həyata keçirilməliydi. Prinsiplər də dəqiq müəyyənləşdirilib. Yəni burda həm bir dilçilik, həm intellekt göstərici var, "Orfoqrafiya lüğəti" nədir - bu məsələ var. Bu, müzakirə olunmalı və müəyyənləşdirilməlidi. Həm də burada, heç də az əhəmiyyət kəsb etməyən vətənpərvərlik məsələsi, bir ictimai şüur faktoru var. Yəni, sənin orfoqrafiya lüğətin "ab" sözüylə başlaya bilməz. Ardınca "aba", "abadan" gələ bilməz. Başlaya bilər, əgər o "ab" sözü sənin dilində varsa.
İkincisi, burda baxırsan ki, lüğət "Orfoqrafiya lüğəti" prinsiplərinə uyğun tərtib olunmayıb. Bununla bağlı keçən dəfə Dilçilik institutunda da müzakirə aparıldı, mən də öz fikrimi bildirdim. Bizdə belə bir şey var, nəyisə müzakirə edəndə, biz mətləbi qoyuruq bir kənara, başlayırıq ki, mən ömrümü bu işi tədqiq etməyə həsr eləmişəm. Yaxşı eləmisən, çox sağ ol, amma hər bir işin öz qanunauyğunluqları, öz prinsipləri var.
Bizdə orfoqrafiya qaydaları əllinci illərdən müzakirə olunmağa başlandı. 1958-ci ildə ilk "Orfoqrafiya lüğətimiz" çıxdı. Bu lüğət öz dövr üçün müasir bir kitab idi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tərtib edilmiş o lüğətdə 40 min söz var idi. Sonra 60 min, daha sonra 80 min sözdən ibarət lüğətlər tərtib edildi. Sonra bu sözlərin sayı gəlib çıxdı 100 mindən çox sözə. Mən inanmıram ki, o sözlərin hamısı dilin özünün yaratdığı yeni sözlərdir. Burda prinsip nə oldu: bir az qondarma sözlər artırdılar, bir az dialekt sözlər, bir az hallanma artırıldı. Hallanma, ümumiyyətlə orfoqrafiya lüğəti deyilən bir kitabda olmamalıdır. Dünyanın hansı lüğətini açırsınız-açın, orda belə şey yoxdu. "Abad, "abadlaşmaq", "abadanlaşmaq", "abadanlaşdırmaq" və sair və ilaxır. Əgər bütün sözləri hallandırsaq, onda 100 000 yox, bir milyon söz əmələ gələcək. Sizinlə tam razıyam. Lüğətdən çıxarılması vacib bilinən bu sözlərin hamısı ordan çıxarılmalıdır. Digər vacib məqam - orfoqrafiya qaydalarımıza diqqətlə yanaşılmasıdır. Məsələn, 1958-ci ildə çıxan lüğətimiz çox mükəmməl lüğətdir, fikir versəniz, bəzi qaydaları sonralar xeyli ixtisar ediblər. Düzdü, bəziləri həqiqətən ixtisar edilməliydi, amma onların arasında gərəkli qaydalar da var. O lüğətin 4-5 il müzakirəsi getdi, bütün mütəxəssislər o lüğətin ətrafında cəm olunmuşdu, sonra Nazirlər Kabineti səviyyəsində də müzakirəsi keçirildi, orda da Mirzə İbrahimov kimi nəhəng nəzarət edirdi hər bir sözə. Sonrakı dövrlərdə isə lüğət tərtibatı tam məsuliyyətsiz bir prosesə çevrildi. Əsas prinsip, sözlərin sayının artırılması oldu. İndi ortaya kitab qoymaq lazımdır. Mərkəz o səlahiyyətin sahibidir ki, bu işi müstəqil şəkildə həyata keçirsin. Və təklifim budur ki, yeni lüğətin yeni orfoqrafiya qaydaları tərtib edilsin: hansı sözlər, söz kökləri daxil olunur, söz yaradıcılığı daxil olunmur. Son sözüm budur ki, lüğətdən çıxarılan sözlər və onların çıxarma prinsipləri çox düzdür. İndi nəyin qalması prinsipini müəyyənləşdirməliyik.

Sonra professor Cəlil Nağıyev, professor Vilayət Hacıyev, professor Paşa Kərimli, şair Ramiz Rövşən hazırlıq prosesində olan yeni orfoqrafiya lüğəti ilə bağlı mülahizə və təkliflərini bildirdilər, ədəbi Azərbaycan dilinin düzgün yazılış qaydasını müəyyən edən bu lüğətə uyuşmayan və bu səbəbdən, bu kitabda yer alması mümkün olmayan minlərlə sözlərlə bağlı fikirlərini bölüşdülər.

Sonda "İşlək orfoqrafiya lüğəti" inin istifadə qaydalarını müəyyən edəcək ön sözün hazırlanması və işə, dil və lüğət sahəsində təcrübəsi olan mütəxəsslərin cəlb edilməsi qərara alındı.

Samuxda 3 otaqlı ev yanıb
Samuxda 3 otaqlı ev yanıb
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Loading Bars
Xəbər lenti
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Bütün xəbərlər