...

Avtomobil həvəskarlarının nəzərinə (FOTO)

Maraqlı Materials 10 Fevral 2017 18:02 (UTC +04:00)

Bakı. Trend:

Artıq 3 ildir Azərbaycan avtomobil bazarında yer alan Çinin "Baic" markası 2017-ci ilə möhtəşəm start verib.

Belə ki, "Baic" markası bu il Azərbaycan avtomobil həvəskarlarının önünə 6 modellə çıxır. Bu modellər Baic D20, Baic M20, Baic X25, Baic X55, Baic BJ 40 və Baic BJ80 modelləridir. Yuxarıda göstərilən modellərdən Baic D20 və Baic BJ 40 modelləri Azərbaycan alıcılarına tanışdır. Belə ki, D20 modeli "Baic" markasının A115 modelinin yenilənmiş formasıdır. D20 həm interyer, həmdə eksteryer baxımından sələfindən çox fərqlənir. D20 modelidə sələfi A115 kimi 2 versiyada təqdim olunur. Bunlar sedan və heçbek versiyalarıdır. D20 modeli artıq "Baic" markasının Azərbaycanda yeganə və rəsmi distribüteri olan Sirena Motors-un salonlarında satışdadır.

Avtomobil həvəskarlarına tanış olan modellərdən biridə BJ40 modelidir. BJ 40 modeli 2015-ci ilin əvvəlində satışa çıxarılıb. Həmin vaxtı modeldən 3 ədəd Azərbaycan alıcılarına təqdim olunub. Avtomobilə olan tələbatı nəzərə alan distribyutor BJ40 modelindən yenə satışa çıxarır. Model fevral ayının axırından satışa çıxarılacaqdır.

"Baic" markasının X25 modeli artıq bir neçə gündür satışa çıxarılıb. X25 modelinin satış qiyməti 27500 Azn-dir.

Satışa çıxarılan modellərdən biridə M20 modelidir. M20-nin əsas üstünlüklərindən biri avtomobilin 7 nəfərlik olmasıdır. Bu modeli ailə avtomobili adlandırılır. Avtomobilin satış qiyməti 22.000 Azn-dir.

Martın 3-də "Baic" markasının X25 və BJ80 modellərinin təqdimat mərasimi keçiriləcəkdir. Avtomobillər təqdimat günündən etibarən satışda olacaqdır. Avtomobillərin qiyməti hələ ki açıqlanmır. X25 modeli artıq sosial şəbəkələrdə şəhər gözəlçəsi ləqəbini qazanıb. Model komplektasiya baxımından çox zəngindir.

Artıq uzun bir neçə vaxtdır ki, avtomobil həvəskarlarının maraq dairəsində olan Baic BJ80 modelidir. Baic BJ 80 Mercedes Benz ilə birgə işlənib hazırlanan avtomobildir. Avtomobil interyer və eksteryer baxımından hər kəsin diqqətini özünə cəlb etməyi bacarır. Elə bu səbəbdəndə avtomobilin təqdimatdan sonra Sirena Motors-un salonunda nümayişi keçiriləcəkdir. Bu təqdimat mərasimində iştirak etməyən şəxslər üçün xüsusi hazırlanmış bir sərgi olacaqdır. BJ 80 və digər modellər haqda həm media nümayəndələrini, həmdə avtomobil həvəskarlarını maraqlandıran bütün sualları "Baic" avtomobil zavodunun rəhbərliyi və onu müşayiət edən nümayəndə heyyəti cavablandıracaqdır.

Ətraflı məlumatı 1630 nömrəsindən və sirenamotors.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti