Bakı. Trend:
Fillər Yer kürəsində ən az yatan heyvanlardır.
Trend-in məlumatına görə, bu, Cənubi Afrika Respublikasında bir qrup mütəxəssisin apardığı müşahidələr nəticəsində məlum olub.
Müşahidələr fillərin sutkada yalnız 2 saat yatdığını üzə çıxarıb. Bununla belə, bu heyvanlarda yorğunluq və ya yuxusuzluq halları qeydə alınmadığı bildirilib.
Mütəxəssislər qeyd ediblər ki, bu müddət bütün məməli heyvanlar arasında rekord hesab olunur.
Bundan başqa, fillərin həm ayaq üstə, həm də uzanaraq yata bilməsi məlum olub.
Bioloqların fikrincə, bu fakt insanlarda yuxusuzluğun səbəblərini və onunla mübarizə yollarını araşdırmağa imkan verəcək.