...

Ayın oyuqlarında su tapıldı

Maraqlı Materials 25 İyul 2017 09:32 (UTC +04:00)
Beynəlxalq planetoloqlar Ayın oyuqlarında suyun olmasını kəşf ediblər.
Ayın oyuqlarında su tapıldı

Bakı. Trend:

Beynəlxalq planetoloqlar Ayın oyuqlarında suyun olmasını kəşf ediblər. Trend-in məlumatına görə, bu barədə elmi məqalə tədqiqatçılar tərəfindən "Nature Geoscience" jurnalında dərc edilib.

Mütəxəssislər bu qənaətə Hindistanın "Chandrayaan-1" peykindən əldə olunan informasiyaları öyrəndikdən sonra gəliblər.

Bundan başqa, Ayın kolgədə qalan kraterlərində buzlu su olduğu da bildirilir.

Xəbər lenti

Xəbər lenti