...

Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı (FOTO)

Maraqlı Materials 21 Avqust 2023 15:06 (UTC +04:00)
Araik onu parodiya edən Xankəndi sakinini bu hala saldırdı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Kloun” Araik Arutyunyanı parodiya edən Xankəndi sakini polis tərəfindən döyülüb.

Trend xəbər verir ki, "Facebook"-da tez-tez separatçıların lideri Araik Arutyunyanı təqlid edən David Minasyan adlı Qarabağ sakini polisə aparılaraq döyülüb. Bu barədə Ermənistan ictimaiyyəti sosial şəbəkələrdə paylaşım ediblər.

Görünür, qondarma rejim "başçısı" Araik Qarabağda separatizmin sonunun yaxınlaşdığını fikir etdiyi bir vaxtda onu parodiya edən şəxsin aktyorluq qabiliyyətinin daha yüksək olduğunu gördüyü üçün rəqabətə dözümsüzlük nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti