...

İnfarktdan sonra ürəyin bərpası yolu məlum olub

Maraqlı Materials 4 Avqust 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Luis Katz Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, PSAT1 geninin aktivləşdirilməsi infarkt keçirmiş böyüklərdə ürək toxumalarının regenerasiyasını işə salır.

Trend xəbər verir ki, bu haqda tədqiqatın nəticələri “Theranostics” jurnalında dərc olunub.

PSAT1 geni döl inkişafı dövründə hüceyrələrin böyüməsində iştirak edir, lakin böyüklərdə demək olar ki, qeyri-aktiv olur. Alimlər bu geni ehtiva edən modifikasiya olunmuş mRNT hazırlayıb və infarktdan dərhal sonra siçanların ürək toxumalarına yeridiblər.

Bu, kardiomiositlərin (miokardın əzələ hüceyrələri) bölünməsini aktivləşdirib, toxumaların çapıqlanmasını azaldıb və yeni qan damarlarının yaranmasına səbəb olub. Nəticədə heyvanların ürək funksiyası əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Alimlərin izahına görə, PSAT1 serin sintezini işə salır – bu amin turşusu hüceyrələri stressdən qorumaqda və DNT-nin bərpasında mühüm rol oynayır. Mexanizmin əsas halqası regenerasiya proseslərini işə salmaq qabiliyyəti ilə tanınan YAP1 zülalı olub. Onsuz PSAT1-in təsiri itirdi.

Tədqiqatda istifadə olunan modRNA (modifikasiya olunmuş matris RNT) texnologiyası əvvəllər COVID-19-a qarşı mRNT peyvəndlərinin hazırlanmasında tətbiq olunmuşdu. Alimlərin sözlərinə görə, bu texnologiya genetik materialı hüceyrələrə DNT-ni dəyişmədən çatdırmağa imkan verir və potensial riskləri azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti