...

Ermənilərə girov düşmüş Azərbaycan vətəndaşı geri qaytarılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2007 14:59 (UTC +04:00)
Ermənilərə girov düşmüş Azərbaycan vətəndaşı geri qaytarılıb

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Azərbaycanın mülki şəxsi geri qaytarılıb. Trend in bölgə müxbirinin məlumatına görə, girov cümə günü günorta saatlarında qoşunların təmas xəttində, Ağdam rayonunun Təzəkənd ərazisində Azərbaycan tərəfinə qaytarılıb.

İyulun 1-də Əşrəf Möhöbbət oğlu Cəfərov qoşunların təmas xəttində əkin-biçinlə məşğul olarkən girov götürülüb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərindən sonra, Ermənistan tərəfi bir neçə gün öncə azərbaycanlı girovun qaytarılacağı barədə məlumat vermişdi.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məlumatı təsdiqləyib. BQXK-nın yaydığı məlumatda bildirilib ki, azərbaycanlı mülki şəxs, qurumun himayəsi altında, Azərbaycanın müvafiq hakimiyyət orqanlarına təhvil verilib.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda fəaliyyətə başladığı vaxtdan bəri BQXK 662 nəfərin reportasiya olunmasına və ya ötürülməsinə yardım edib.

Xəbər lenti

Xəbər lenti