...

Ermənistan prezidenti Robert Köçəryan Qarabağ probleminin Ermənistandakı prezident seçkilərərinə qədər tam həllini mümkün hesab etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2007 16:46 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan danıışıqlar prosesi üzrə vasitəçilərin nikbinliyini bölüşməyərək, Qarabağ probleminin Ermənistandakı prezident seçkilərərinə qədər tam həll olunmasını mümkün hesab etmir. Bu barədə xəbəri Armenpress yayıb.

"Etiraf etmək lazımdır ki, danışıqlar prosesində bir qədər irəliləyiş müşahidə olunur, lakin mən o qədər nikbin deyiləm ki, bunun seçkilərə qədər konkret nəticələr verəcəyindən danışım. Danışıqlar prosesi davam etdirilir: burada həm müsbət, həm də mənfi tərəflər var",-deyə R.Koçaryan jurnalistlərlə bugünkü görüşündə bildirib.

Dövlət başçısının sözlərinə görə, Qarabağ probleminin nizamlanması üzrə müzakirə olunan layihə danışıqlar prosesinin müəyyən yol keçdiyini göstərir. Lakin Azərbaycan rəhbərliyinin hərbi bəyanatları bu prosesin heç olmaması təəssüratı yaradır.

"Bunun nəticəsində, bu gün nikbinlik üçün əsas azdır. Hədələr var və biz öz siyasətimizdə bu hədələri nəzərə almalıyıq",-deyə Ermənistan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti