...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 29-da saat 19.05-dən 22.35-dək fasilələrlə Tərtər rayonunun Çiləburt kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Borsunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19.30-dan noyabrın 30-u saat 02.45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda javab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti