...

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsi regionuna yanvarda səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2007 15:32 (UTC +04:00)

Əvvəlcədən əldə olunan razılığa müvafiq olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsi regionuna yanvarda səfər edəcəklər.

Ermənistan XİN-in mətbuat katibi Vladimir Karapetyanın "Armenpress"ə verdiyi məlumata görə, həmsədrlər Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin razılaşdırılmamış məsələləri ilə bağlı yeni təkliflərinə dair Azərbaycan və Ermənistan prezidentlərinin mövqelərini aydınlaşdırmaq üçün regiona səfər edəcəklər.

Həmsədrlər tərəflərə yeni təklifləri noyabrın 28-29-da Madriddə ATƏT-in Nazirlər Şurasının iclası zamanı təqdim ediblər. Həmçinin burada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın baş tutub.

Xəbər lenti

Xəbər lenti