...

Amerikalı diplomat BMT-ni siyasi iradə nümayiş etdirməyə və Ermənistanı təcavüzkar kimi tanımağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2008 15:40 (UTC +04:00)
Amerikalı diplomat BMT-ni siyasi iradə nümayiş etdirməyə və Ermənistanı təcavüzkar kimi tanımağa çağırır

Azərbaycan, Bakı, 30 mart / Trend , K.Ramazanova/ Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tanınması üçün BMT-nin siyasi razılığı lazımdır, ABŞ-ın 2001-2006-cı illərdə BMT-dəki keçmiş səfiri Siçan Siv bazar günü jurnalistlərə müsahibəsində deyib.

"Ermənistanın təcavüzkar kimi tanınması üçün BMT-nin hər bir üzvü siyasi iradəsini bildirməlidir",- Siv deyib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon-Azərbaycan ərzisinin 20 faizi ermənilərin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar, lakin ATƏT-in Minsk qrupu, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ameriklı diplomat hesab edir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə ixtiyarı olmayıb və dünya birliyi baş verənləri sakitcə izləməkdənsə bu ölkəni əməllərinə görə açıq-aşkar təqsirləndirməlidir.

ABŞ-ın BMT-dəki keçmiş səfiri 31 mart-azərbaycanlıların soyqırım gününə həsr olunmuş "Tarix necə var" adlı konfransda iştirak etmək məqsədilə Bakıdadır.

1918-ci ildə ermənilər Azərbaycan ərazisində kütləvi qırğınlar törədiblər. Ölkənin ayrı-ayrı şəhərlərində on minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti