Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 19-da saat 09.25-dən 23.10-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.25-dən mayın 20-si saat 03.25-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari və Mosesqex kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Koxa Nəbi və Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini, saat 18.15-dən mayın 20-si saat 03.40-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan mayın 20-si saat 00.25-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.30-dan 21.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.