...

Dağlıq Qarabağ icması danışıqlara Azərbaycan əraziləri qaytarıldıqdan sonra qoşula bilər – Azərbaycan XİN-i

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2008 14:33 (UTC +04:00)
Dağlıq Qarabağ icması danışıqlara Azərbaycan əraziləri qaytarıldıqdan sonra qoşula bilər – Azərbaycan XİN-i

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir S.Ağayeva/ Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması hazırkı mərhələdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə cəlb edilə bilməz.

Dağlıq Qarabağ icması danışıqlar prosesinə Azərbaycan əraziləri qaytarıldıqdan sonra qoşula bilər. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Qondarma Dağlıq Qarabağ respublikası rəhbərliyi bu yaxınlarda danışıqlarda iştirak etmək təşəbbüsü ilə çıxış edib.

"Torpaqlarımız işğaldan azad edildikdən, qaçqın və məcburi köçkünlər isə doğma yurdlarına qayıtdıqdan sonra, hər iki icma danışıqlar prosesində iştirak edə bilər", - deyə İbrahim bildirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərini şərh edən İbrahim bildirib ki, Bakı vasitəçilərdən rəsmi Yerevanı danışıqlar prosesində daha konstruktiv mövqe tutmağa çağırmağı xahiş edib.

Həmsədrlər iyunun 28-29-da Bakı, Yerevan və Xankəndinə səfər edib və münaqişənin nizamlanma yollarının axtarılması ilə bağlı danışıqlar aparıblar. Bu gün onlar səfərin yekunu üzrə məsləhətləşmələr aparmaq üçün Vyanada görüşürlər.

Xəbər lenti

Xəbər lenti