...

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycan tarixi abidələrini dağıtmasını pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2008 19:12 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycan tarixi abidələrini dağıtmasını pisləyib

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Novruzov / ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycan tarixi abidələrini dağıtmasını pisləyib.

ABŞ - da tarixi abidələrin dağıdılması ilə bağlı istənilən hərəkəti pisləyirlər, - ABŞ Dövlət Katibi köməkçisinin müavini Alina Romanovski çərşənbə günü Bakıda jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992 - ci ildən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə? hələ ki nəticəsiz? sülh danışıqları aparılır.

Təcavüz nəticəsində Azərbaycanın xeyli miqdarda tarixi və mədəni abidəsi məhv edilib. Dağıdılan obyektlər arasında 464 tarixi abidə, 40 min əl işi, 4,6 mln. kitab da var.

Azərbaycan Avropa Şurasına dağıdılan və məhv edilən abidələrinin siyahısını təqdim edib. AŞ işğal olunmuş ərazilərində qalan tarixi və mədəni abidələrin vəziyyətinin öyrənilməsi üçün regiona missiyasını göndərməyi planlaşdırır.

Romanovski dekabrın 2-3-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropada və qonşu regionlarda dinc yaşayışın və davamlı inkişafın əsasıdır" konfransında iştirak edir. Konfransın t?skilatçıları qismində Avropa Şurası və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi çıxış edir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti