...

ATƏT-in Baş katibi Dağlıq Qarabağ münaqişəsi üzrə Helsinki bəyanatını müsbət qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2008 15:58 (UTC +04:00)
ATƏT-in Baş katibi Dağlıq Qarabağ münaqişəsi üzrə Helsinki bəyanatını müsbət qiymətləndirir

ATƏT-in Baş katibi Mark Perren de Brişambo (Marc Perrin de Brichambaut) ATƏT-in xarici işlər nazirlərinin Helsinkidə Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul olunan bəyanatını müsbət qiymətləndirir. Bu barədə Novosti-Armeniya xəbər verir.

"Helsinkidə 56 xarici işlər nazirinin qəbul etdiyi bəyanat olduqca mühüm sənəddir və zirvədir. Biz danışıqlar aparan tərəflərə münaqişənin həlli və danışıqların davam etdirilməsi məsələsində yardım göstərməliyik", - deyə de Brişambo bazar ertəsi Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Təşkilatın Baş katibi qeyd edib ki, ATƏT-in xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin dekabrın əvvəlində Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdikləri bəyanatlar bir ruhda tərtib olunub və bir-birinə zidd deyil. Eyni zamanda o, münaqişənin həlli ilə bağlı konkret vaxt deyə bilməyəcəyini bildirib və əlavə edib ki, Helsinki sənədləri tərəflərin danışıqları ən yüksək səviyyədə davam etdirilməsi yolu ilə irəliləyəcəyinə ümid verir.

"Tərəflər daha çevik mövqe nümayiş etdirməli, qarşılıqlı hörmət və etibar mühiti formalaşdırmalıdırlar", - deyə de Brişambo bildirib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, öz növbəsində, qeyd edib ki, təşkilata üzv ölkələrin xarici işlər nazirləri tərəfindən Helsinkidə qəbul olunmuş sənəd dinc siyasi yolla, yəni sülh rejiminin möhkəmləndirilməsi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə tərəflərin mövqelərinin yaxınlaşdırılması yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə aiddir.

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı danışıqlar aparmaq və tərəflərin münaqişənin nizamlanması məsələsi üzrə mövqelərinin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc siyasi yolla, Madrid prinsipləri əsasında, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlıq çərçivəsində yaxınlaşdırılması üslubunda edilib", - deyə Nalbəndyan bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr bəyanatında bildirilir ki, tərəflərin imzaladığı Moskva Bəyannaməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına ümumi səylər üzrə yeni və çox şey vəd edən mərhələ açdı. Onu imzalayan prezidentlər isə, ATƏT-in Minsk Qpuru həmsədrəlirinin vasitəçi səyləri çərçivəsində və onlar tərəfindən ötən il Madriddə irəli sürülən təkliflər əsasında, Azərbaycan və Ermənistan rəhbərləri ilə əməkdaşlıq üzrə həmsədrlərin hazırladıqları baza prinsipləri əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bağlılıqlırını təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti