...

Alman yazıçı - puplisistinin Dağlıq Qarabağ münaqişəsi barədə kitabı ərəb dilinə tərcümə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Tren , müxbir N.Vəzirova/ Alman yazıçı - puplisistinin Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabı ərəb dilinə tərcümə olunub. Johannes Raunun (Johannes Raun) "Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi. Qısa tarixi oçerk"i Azərbaycan səfirliyinin təşəbbüsü ilə ilk dəfə ərəb dilinə tərcümə olunub. Bu barədə Trend -a diplomatik nümayəndəlikdən bildiriblər.

Kitabda "Daşnaksütun" partiyasının hələ XX əsrin əvvəlində təkcə azərbaycanlılara qarşı deyil, Azərbaycanda yaşamış digər xalqlara qarşı təqib və terror həyata keçirdiyi faktlarla sübuta yetirilir.

Kitab Misirin bir sıra rəsmi şəxslərinə, hökumət və qeyri-hökumət təşkilatlarına, elm, təhsil və mədəniyyət ocaqlarına, beynəlxalq və regional təşkilatların Misirdəki nümayəndəliklərinə təqdim edilib.

Tərcümə əcnəbi yazıçının müstəqil fikirləri və onun Dağlıq Qarabağ münaqişəsi üzrə bitərəf rəyləri nəzərə alınaraq həyata keçirilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti