...

Azərbaycan XİN Rusiyanı Ermənistanın hərbi potensialının gücləndirilməsində ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2009 17:25 (UTC +04:00)
Azərbaycan XİN Rusiyanı Ermənistanın hərbi potensialının gücləndirilməsində ittiham edib

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan XİN Rusiyanı Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana 800 mln. dollar məbləğdə silah verərək onun hərbi potensialını gücləndirməkdə ittiham edib.

"Bu ötürmə BMT Təhlükəsizlik Şurasının Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması haqqında Konvensiyalarına ziddir. Söhbət Rusiyanın münaqişə tərəflərindən birinə dəstək göstərilməməsi ilə  bağlı öhdəliklərini pozmasından gedir", - Azərbaycanın XİN - in cümə axşamı yayılmış bəyanatında deyilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Azərbaycan XİN Azərbaycanın ərazilərinin işğalının güclənməsinə yönəlmiş hərəkətlərin əleyhinə çıxır və Rusiyanı, Ermənistana silah verilməsinin nəticələrini aradan qaldırmaq üzrə bütün mümkün tədbirləri görməyə çağırır, - bəyanatda deyilir.

Azərbaycan XİN Rusiya tərəfinin Ermənistana əvəzsiz olaraq 800 mln. dollarlıq Rusiya silahının verilməsi faktı üzrə cavabından razı deyil və fakt üzrə əlavə izahatlar tələb edir, - Azərbaycan XİN - in mətbuat mərkəzinin əməkdaşı Elxan Poluxov cümə axşamı Trend - a bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova, Azərbaycanın Rusiyanın Gümrüdəki 102 - ci hərbi bazasından Ermənistana mümkün silah verilişi ilə bağlı sorğusuna RF Müdafiə Nazirliyinin cavabını təqdim edib. Rusiya diplomatının cavabı Azərbaycan tərəfini qane etməyib və Azərbaycan XİN faktın daha ətraflı izahatını tələb edib, - Poluxov deyib.

Bir müddət əvvəl Rusiyanın səfiri Azərbaycan XİN - ə dəvət edilmiş və ona Rusiya silahının Ermənistana verilməsi barədə KİV- də yayılmış məlumatları aydınlaşdırmaq tələbləri təqdim edilmişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti