Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində cümə axşamı keçirilməsi planlaşdırılan monitorinq yarımçıq dayandırılıb, Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, hər iki tərəfdə olan nümayəndələr müşahidələrə başlayaraq, vəziyyətlə bağlı bir-birləri ilə radio əlaqəyə giriblər. Elə bu zaman erməni tərəfdən avtomat silahıyla iki dəfə tək-tək, sonra isə aramsız atəş açılıb. Daha sonra isə bir dəfə tək atəş açılıb və bununla da avtomatların səsi kəsilib. Həmin atəşlərin Azərbaycan tərəfdə olan monitorinq qrupuna yönəldiyi aydın olub. Hətta beynəlxalq monitorinq qrupunun nümayəndələri də güllə səslərindən açıqca hiss ediblər ki, atəş onlara tərəf hədəflənib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik monitorinqi dərhal dayandırmağa göstəriş verib. Eyni zamanda o, qarşı tərəfdə olan monitorinq qrupuna baş vermiş insidenti araşdırmağı tapşırıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrci Aberlenin keçirmələri nəzərdə tutulurdu.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]