...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2009 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / TrendNews, müxbir K.Zərbalıyeva / Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 27-də saat 17.45-dən 17.55-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;

- saat 12.20-dən 12.30-dək və 16.00-dan 16.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 15.50-dən 16.50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 18.00-dan 18.50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;

- fevralın 28-də saat 02.45-dən 02.55-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti