...

Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində danışıqların ardıcıllığının saxlanılmasına nail olmaq mümkün olub - Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2009 15:31 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində danışıqların ardıcıllığının saxlanılmasına nail olmaq mümkün olub - Rusiya XİN

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir N.Abdullayeva /

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində danışıqların ardıcıllığının saxlanıldığını vurğulayır.

"Ermənistanda, həmçinin Azərbaycanda prezident seçkilərinin keçirildiyi ildə xarici siyasətlə bağlı durumun özəlliklərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıq prosesinin ardıcıllığını saxlamaq mümkün olub", - Rusiya XİN-in saytında cümə günü yerləşdirilmiş 2008-ci il üzrə RF-nin diplomatik və xarici siyasət fəaliyyətinə dair icmalında deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. 

"İlk dəfə elektoral dövrdə beynəlxalq vasitəçilər - Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya, ABŞ, Fransa) tərəflər arasında regionda və regiondan kənarda məsləhətləşmələri davam etdirmək imkanı qazanıblar", - icmalda deyilir. Keçirilən görüşlərin gedişində beynəlxalq vasitəçilər münaqişənin həll olunmasının baza prinsiplərinin razılaşdırılması məqsədilə tərəflərin birbaşa təmasının davam etdirilməsini təmin etmək səylərini davam etdiriblər. İki dəfə yüksək səviyyədə Ermənistan-Azərbaycan görüşləri (6 iyun Sankt-Peterburqda və 2 noyabr Moskvada) keçirilib.

"RF prezidenti Dmitri Medvedyevin erməni və azərbaycanlı həmkarları Serj Sarkisyan və İlham Əliyevlə Dağlıq Qarabağ problemini ətraflı müzakirə etdiyi görüşlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rolunun təmin edilməsinə yardım edib", - sənəddə qeyd olunur.

"Münaqişə tərəfləri prezidentlərinin Rusiya prezidentinin dəvəti və iştirakı ilə Moskvada keçirilən görüşünün nəticəsi kimi, Dağlıq-Qarabağ münaqişəsinin həllində sülhə yönəlmiş siyasi vasitlərdən istifadə olunması haqda üçtərəfli bəyannamənin qəbul edilməsini göstərmək olar", - XİN bildirir.

"Bu, Dağlıq Qarabağ münaqişəsinə aid olan, Azərbaycan və Ermənistan prezidentlərinin yanaşı imzaları olan ilk sənəddir", - sənəddə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti