...

Rusiya Azərbaycanla Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələlərində böyük qarşılıqlı anlaşmaya doğru irəliləmək niyyətindədir - RF XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2009 14:38 (UTC +04:00)
Rusiya Azərbaycanla Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələlərində böyük qarşılıqlı anlaşmaya doğru irəliləmək niyyətindədir - RF XİN

"Rusiya Azərbaycanla Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzərdə çoxtərəfli təhlükəsizliyin təmin edilməsi mexanizminin yaradılması və Xəzərdə iqtisadi əməkdaşlığın təşkili məsələlərində böyük qarşılıqlı anlaşmaya tərəf irəliləmək niyyətindədir", - РИА Новости-yə müsahibəsində RF XİN rəsmi nümayəndəsi Andrey Nesterenko deyib.

"Rusiya XİN-in rəhbəri Sergey Lavrovun martın 11-12-də Bakıya səfəri çərçivəsində danışıqlar zamanı "Üçüncü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər işləri"nə xüsusi diqqət ayrılacaq", - Nesterenko bildirib.

Nesterenko qeyd edib ki, dünya maliyyə böhranı şəraitində RF Azərbaycanla iqtisadi əməkdaşlığın yüksək səviyyədə saxlanılmasına böyük əhəmiyyət verir. "Bu planda biz iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinə, eləcə də vacib, xüsusilə enerji sahəsində birgə layihələrin realizəsinə ümid edirik", - Nesterenko əlavə edib.

"Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi də müzakirə ediləcək. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan preizdentlərinin üçtərəfli bəyannamə imzalamasından sonra bu sahədə yeni imkanlar ortaya çıxıb", - Nesterenko deyib.

Onun sözlərinə görə, Rusiya Qarabağ məsələsi üzrə intensiv danışıq prosesinin davam etdirilməsini alqışlayır və buna ATƏT-in Minsk Qrupunun həmsədri qismində yardım edəcək.

"Bizim prinsipial mövqeyimiz dəyişməz qalır. Biz münaqişənin həlli yolunun son formulunun seçimi ilə bağlı əsas məsuliyyətin azərbaycanlılar və ermənilərin öz üzərində olması mövqeyindən çıxış edirik", - Nesterenko vurğulayıb.

O, Rusiyanın, problemin münaqişəyə cəlb olunmuş tərəfləri qane edəcək həlli variantını dəstəkləməyə, kompromis razılıq əldə olunduğu halda isə onun təminatçısı rolunda çıxış etməyə hazır olduğunu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti