...

Rəsmi Ankaranın ABŞ-ın yeni Administrasiyası ilə münasibətləri inkişaf etdirməsi Dağlıq Qarabağ probleminin həlli üçün vacib amildir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2009 11:35 (UTC +04:00)
Rəsmi Ankaranın ABŞ-ın yeni Administrasiyası ilə münasibətləri inkişaf etdirməsi Dağlıq Qarabağ probleminin həlli üçün vacib amildir - politoloq

Azərbaycan, Bакı, 07 aprel / Trend , müxbir A.Hüseynbala /

Rəsmi Ankaranın ABŞ-ın yeni Administrasiyası ilə münasibətləri inkişaf etdirməsi Dağlıq Qarabağ probleminin həlli üçün vacib amildir, çərşənbə axşamı Trend -a politoloq, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

"Bu gün Türkiyə üçün vacib olan ABŞ prezidenti ilə yaxşı münasibətlər qurmaqdır. Bu münasibətlər qurulandan sonra digər məsələlər, o cümlədən Dağlıq Qarabağ problemini paralel həll etmək, yaxud müzakirə etmək olar", - Mirzəzadə deyib.

Trend News-un arayışı: ABŞ prezidenti Barak Obamanın aprelin 6-dan Türkiyəyə rəsmi səfəri başlayıb. ABŞ Administrasiyası rəhbərinin ilk müsəlman ölkəsinə rəsmi səfəri iki gün davam edəcək.

Müzakirə olunacaq məsələlər sırasında Türkiyənin Avropaya inteqrasiya perspektivləri də var.

ABŞ Prezidentinin Ankara və İstanbula səfəri ilə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülüb. Prezident kortejinin hərəkət zonasını 4 min türk polisi və xüsusi xidmət əməkdaşları mühafizə edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Mirzəzadənin sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin regiona səfərinin intensivləşməsi Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın marağının artmasına dəlalət edir.   

Politoloq hesab edir ki, Obamanın Türkiyəyə gəlməsi ABŞ-ın bu bölgəyə böyük diqqət yetirdiyini göstərir. Digər tərəfdən, Türkiyəni özünə vacib müttəfiq sayır.

"Obamanın Türkiyədə "erməni soyqırımı" sözünü işlətməməsi də çox önəmli idi. Bu, onu göstərir ki, Obama Administrasiyası üçün daha önəmli olan Türkiyənin fəaliyyətidir", - politoloq əlavə edib.

Onun fikrincə, nə Barak Obama, nə də Abdullah Gül üçün hansısa prioritet məsələ var. Onları düşündürən əsas məsələ ABŞ-Türkiyə münasibətlərini əvvəlki kimi yüksək səviyyədə saxlamaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti