Azərbaycan, Bərdə, 11 may / Trend , müxbir Ş.Cəliloğlu /
Bu gün səhər saatlarında Fizuli rayonunun cəbhə xəttində Azərbaycan silahlı qüvvələri əsgəri Ermənistan ordusuna əsir düşüb.
Mənbələrin verdiyi məlumata əsasən, Azərbaycanın Goranboy rayon sakini Hacıyev Anar Xanbaba oğlu Fizuli rayonu Alxanbəyli kəndində naməlum şəraitdə qoşunların təmas xəttini keçərək Ermənistan ordusunun nəzarətində olan əraziyə düşüb.
Qeyd etmək lazımdır ki, Hacıyev Anar həqiqi hərbi xidmətə Goanboy rayon hərbi komissarlığı tərəfindən ötən il çağırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]