...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2009 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 20.05-dən 20.10-dək Xocəvənd rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən, saat 20.15-dən 22.20-dək, 23.40-dan 23.50-dək və iyunun 11-də saat 03.15-dən 03.40-dək Ağdam rayonunun Yusifcanlı, Mərzili və Tanrıbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti