...

Ermənistan prezidenti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini Qarabağ münaqişəsinin əsas həlli yolu hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2009 11:47 (UTC +04:00)
"Ermənistan prezidenti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini Qarabağ münaqişəsinin əsas həlli yolu hesab edir", - Novosti Armeniya yazır.
Ermənistan prezidenti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini Qarabağ münaqişəsinin əsas həlli yolu hesab edir

"Ermənistan prezidenti Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini Qarabağ münaqişəsinin əsas həlli yolu hesab edir", - Novosti Armeniya yazır.

"Hesab edirəm ki, hamıya aydın olmalıdır ki, əsas məsələ Dağlıq Qarabağın statusudur. O, azad iradənin ifadə edilməsi ilə həll olunmalı və mütləq hüquqi qüvvəyə malik olmalıdır. Biz heç bir şübhə doğurmayan, layiqli formul tapandan sonra, məncə danışıqlar daha rahat gedəcək", - Serj Sarkisyan İsveçin XİN rəhbəri Karl Bildtin başçılıq etdyi Aİ "üçlüyü" ilə görüşdə deyib.

Ermənistan prezidenti qeyd edib ki, üç gün əvvəl bu problem Azərbaycan prezidenti ilə müzakirə edilib. Onun sözlərinə görə, bu müzakirə bir qədər fərqli şəraitdə keçib, çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri ictimaiyyəti danışıqların hansı prinsiplər üzrə aparılması haqda məlumatlandırmışdı.

İyulun 18-də Moskvada, Azərbaycan və Ermənistan prezidenti İlham Əliyev və Serj Sarkisyan arasında danışıqlar baş tutub.

Sarkisyan bunu müəyyən mənada kömək kimi də qiymətləndirib, çünki prezidentin sözlərinə görə, təəssüf ki, tərəflər çox vaxt danışıqlar zamanı danışılan məsələləri ictimaiyyətə açıqlamırlar.

"Bununla yanaşı, deyə bilərəm ki, çətin də olsa, irəliləyiş var. Hazırda biz Madrid prinsiplərinin əsas müddəaları müzakirə edirik, sonra isə onların əsasında əsas müqavilənin hazırlanmasına başlanılacaq", - Ermənistan prezidenti qeyd edib.

İsveçin XİN başçısı Aİ-nin ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ probleminin həllinə yönəlmiş səylərinə verdiyi önəmi növbəti dəfə dilə gətirib.

Xəbər lenti

Xəbər lenti