...

Azərbaycanın işğal olunmuş əraziləri mütəşəkkil cinayətkarlığın yuvasına çevrilib – nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2009 15:51 (UTC +04:00)
“İşğal olunan ərazilər təkcə narkotik vasitələrin becərilməsi, yayılması və trafikinqi üçün istifadə edilmir, həmçinin beynəlxalq terror qruplarının hazırlanması üçün istifadə edilir”, - deyə Xələfov bildirib.
Azərbaycanın işğal olunmuş əraziləri mütəşəkkil cinayətkarlığın yuvasına çevrilib – nazir müavini

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri mütəşəkkil cinayətkarlığın yuvasına çevrilib, çərşənbə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Nazirlər Kabinetinin Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Dövlət Komissiyasının iclasında bildirib.

"İşğal olunan ərazilər təkcə narkotik vasitələrin becərilməsi, yayılması və trafikinqi üçün istifadə edilmir, həmçinin beynəlxalq terror qruplarının hazırlanması üçün istifadə edilir", - deyə Xələfov bildirib.

Müvafiq dövlət orqanları narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində beynəlxaq təcrübədən istifadə etməlidir. "Azərbaycanda narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin müasir formaları tətbiq edilməlidir", - Xələfov deyib.

"Azərbaycanın sosial-iqtisadi potensialı narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə fəaliyyəti gücləndirməyə imkan verir", - nazir müavini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti