...

Azərbaycanda ötən ay 2244355 kvadrat metr ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda bu ilini iyulunda  2244355 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend -a cümə axşamı verilən məlumata görə, həmin ərazilərdən 10560  PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 107644692 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 468170-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır.

Hesabat dövründə 2 mina/PHS hadisəsi qeydə alınıb və nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb



Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti