...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2009 10:42 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-də saat 06.45-dən 06.58-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.05-dən 21.40-dək, 22.10-dan 22.35-dək, oktyabrın 21-də saat 01.10-dan 01.48-dək və 01.50-dən 02.00-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli, Qorqan və Aşağı Əbdürəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-də saat 06.45-dən 06.58-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.05-dən 21.40-dək, 22.10-dan 22.35-dək, oktyabrın 21-də saat 01.10-dan 01.48-dək və 01.50-dən 02.00-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli, Qorqan və Aşağı Əbdürəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti