...

Türkiyə ilə Ermənistan arasında gizli heç nə yoxdur - Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2009 14:41 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə Türkiyə-Ermənistan əlaqələrinə münasibət bildirərək, iki dövlət arasında gizli qapılar arxasında heç bir iş görülmədiyini bildirib.
Türkiyə ilə Ermənistan arasında gizli heç nə yoxdur - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə Türkiyə-Ermənistan əlaqələrinə münasibət bildirərək, iki dövlət arasında gizli qapılar arxasında heç bir iş görülmədiyini bildirib. Bu haqda Türkiyənin ANADOLU agentliyi Qətərin Əl-Cəzirə telekanalına istinadən məlumat verib.

"Türkiyə ilə Ermənistan arasında bağlı qapılar arxasında heç bir iş görülmür", - deyə o qeyd edib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Baş nazir onu da qeyd edib ki , o, Azərbaycan Parlamentində verdiyi vədə sadiqdir.

Xəbər lenti

Xəbər lenti