...

Qafqazda sülh və stabillik Rusiya üçün son dərəcə vacibdir - RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2009 16:42 (UTC +04:00)
Qafqazda sülh və stabillik Rusiya üçün də son dərəcə vacibdir. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin belə hesab edir.
Qafqazda sülh və stabillik Rusiya üçün son dərəcə vacibdir - RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Qafqazda sülh və stabillik Rusiya üçün də son dərəcə vacibdir. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin belə hesab edir.

"Rusiya Qafqazda oynamır. Başqa ölkələrin də etdiyi kimi, biz burada öz maraqlarımızı həyata keçiririk. Bu maraqlar heç kimə təhlükə yaratmır. Belə olmasaydı, Rusiyanın Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli tərəfdaşlıq əlaqələri olmazdı", - Doroxin Trend -a verdiyi eksklüziv müsahibəsində deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, əlaqələrin müsbət potensialından regional problemlərin, ilk növbədə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə etməyə çalışılır.

"Bunu gesiyasi lövhədə kimisə "şah" və ya "mat" vəziyyətində qoymaq üçün deyil, əksinə, ona görə edirik ki, Qafqazda sülh və stabillik Rusiya üçün son dərəcə vacibdir", - Doroxin deyib.

"Gürcüstan müharibəsi adlandırlan müharibə təkcə Cənubi Qafqazı deyil, həm də bütün dünyanı dəyişdirib", - səfir belə hesab edir.

"Hamı gözünü açıb və anlayıb ki, əgər bir siyasi fırıldaqçı ümumdünya konfrontasiyasını təhrik edə bilirsə, dünyada nə isə qaydasında deyil, - Doroxin deyib. - Bu anlayış xüsusilə də Rusiya-ABŞ əlaqələrinin "yenidən yüklənməsi" əsasında durur".

2008-ci il 8 avqust gecəsi tanınmamış Cənubi Osetiya Respublikasında genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olublar. Sonra rus qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqust ayının sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Gürcüstan Moskva ilə diplomatik əlaqələri kəsib.

Xəbər lenti

Xəbər lenti