...

Ərdoğan-Obama görüşməsi Dağlıq Qarabağ probleminin tam həlli üçün önəmlidir - Corc Vaşinqton Universitetinin eksperti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 12:58 (UTC +04:00)
ABŞ-ın Corc Vaşinqton Universitetinin eksperti hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Prezident Barak Obama ilə Dağlıq Qarabağ problemini müzakrə etməsi münaqişənin tam həlli üçün önəmli addım hesab edilə bilər.
Ərdoğan-Obama görüşməsi Dağlıq Qarabağ probleminin tam həlli üçün önəmlidir - Corc Vaşinqton Universitetinin eksperti

Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir R. Hafizoğlu /

ABŞ-ın Corc Vaşinqton Universitetinin eksperti hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Prezident Barak Obama ilə Dağlıq Qarabağ problemini müzakrə etməsi münaqişənin tam həlli üçün önəmli addım hesab edilə bilər.

"Ərdoğan-Obama görüşməsi Dağlıq Qarabağ probleminin tam həlli üçün önəmlidir", - deyə ABŞ-ın Corc Vaşinqton Universitetinin eksperti Merve Kavakçı çərşənbə günü Vaşinqtondan telefonla Trend -a bildirib.

Trend -un arayışı : Türkiyənin Baş naziri Ərdoğan dekbarın 7-də ölkənin XİN rəhbəri Əhməd Davudoğlu və bir sıra dövlət rəsmiləri ilə ABŞ-a səfər edib. Səfər zamanı Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Görüşdə əsas mövzulardan biri də Dağlıq Qarabağ probleminin həlli və Ankara-Yerevan protokollarının gələcəyi olub.

Baş nazir Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılı olduğunu bildirib. Baş nazir onu da qeyd edib ki, Azərbaycanın yeddi rayonunun azad edilməsi Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına kömək edə bilər.

Kavakçı qeyd edib ki, Ərdoğan-Obama görüşməsi ilə yanaşı, Azərbaycan və Türkiyə rəhbərlərinin Dağlıq Qarabağ problemini hər zaman gündəmdə saxlaması problemin unudulmaması və həlli üçün çox önəmlidir.

"Türkiyə hazırda qonşularla, o cümlədən Ermənistanla "sıfır problem " siyasəti tətbiq etməkdədir. Lakin Ermənistana yönəlmiş siyasət yalnız Dağlıq Qarabağ probleminin tam həllindən sonra mümkündür", - deyə Kavakçı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti