...

Erməni vandalizminə dair çəkilən film tarixi faktlara söykənib - Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2010 15:33 (UTC +04:00)
Azərbaycanlılara qarşı erməni vandalizmi və Dağlıq Qarabağla bağlı çəkilən sənədli film müsbət qiymətləndirilməlidir.
Erməni vandalizminə dair çəkilən film tarixi faktlara söykənib - Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanlılara qarşı erməni vandalizmi və Dağlıq Qarabağla bağlı çəkilən sənədli film müsbət qiymətləndirilməlidir.

"Film çox yığcam və tarixi faktlara söykənmiş bir filmdir. Filmdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və erməni vandalizmi faktlarla əks etdirilir. Tək Qarabağ deyil, əsrlər boyu Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistandan azərbaycanlıların çıxarılmasını əks etdirir", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən filmin təqdimatında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

Trend İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film ingilis və rus dillərində yayımlanacaq. Fimin ideya müəllifi və layihənin koordinatoru Emil Hüseynli, qurluşçu rejissoru Nazim Şərbətovdur.

Səfərli mətbuatı Qarabağ mövzusuna daha çox müraciət etməyə çağırıb.

"Biz jurnalistləri dəvət edirik ki, bu sahəyə daha çox diqqət yetirsinlər və bu, bizim vətəndaşlıq borcumuzdur. Bugünkü Ermənistanla aparılan informasiya müharibəsindən qalib çıxmaq məhz mətbuat işçilərindən asılıdır", - Səfərli deyib.

Onun sözlərinə görə, Fond builki layihələrdə çalışacaq ki, elektron kütləvi informasiya vasitələrinə də üstünlük versin.

"Həmçinin jurnalistlərin müsabiqələrində də bu sahəyə yer verəcəyik. Baxmayaraq ki, Fond yazılı mətbuat üçün nəzərdə tutulub, ancaq hər bir jurnalist istənilən yazısı ilə müsabiqələrdə iştirak edə bilər. Müsabiqələr həm jurnalistlərin intellekt səviyyəsinin yüksəlməsinə, həm də onların sosial müdafiəsinin yaxşılaşmasına gətirib çıxarır. Novruz bayramında jurnalistlər üçün növbəti müsabiqə elan ediləcək. Yaxın günlərdə layihələr üzrə müsabiqənin istiiqamətləri müəyyən olunub elan ediləcək", - Fondun icraçı direktoru əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti