...

Uzun sürən münaqişələr üzrə BMT-də qətnamələrin irəli sürülməsi GUAM-ın məqsədidir - Baş katib Valeri Çeçelaşvili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2010 13:05 (UTC +04:00)
"BMT-də uzun sürən münaqişələr üzrə qətnamələrin irəli sürülməsi GUAM-ın məqsədidir", - "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM"-ın Baş Katibi Valeri Çeçelaşvili bildirib.
Uzun sürən münaqişələr üzrə BMT-də qətnamələrin irəli sürülməsi GUAM-ın məqsədidir - Baş katib Valeri Çeçelaşvili

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir E.Tarıverdiyev/

"BMT-də uzun sürən münaqişələr üzrə qətnamələrin irəli sürülməsi GUAM-ın məqsədidir", - "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM"-ın Baş Katibi Valeri Çeçelaşvili bildirib.

"Bizim əsas məqsədimiz - GUAM ölkələrinin ərazilərində uzun sürən münaqişələr üzrə, həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin birgə irəli sürülməsidir və bu artıq BMT-nin Baş Assambleyasının gündəliyindədir və biz yeni müttəfiqlər cəlb etmək üçün fəal işləyirik. Bu barədə Bakıda çərşənbə axşamı Çeçelaşvili Trend -a bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Çeçelaşvilinin sözlərinə əsasən, GUAM təşkilata daxil olan ölkələrin ərazilərində həll olunmayan münaqişələr haqqında GUAM-ın mövqeyini dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üzrə işləri davam etdirir.

"Bizim məqsədimiz bəlli və aydındır, bütün beynəlxalq hüquq prinsiplərinə əsaslanır və BMT-yə daxil olan ölkələrin böyük əksəriyyətinin bizi dəstəklədiyinə əmin olsaq, biz qətnaməni səsverməyə çıxaracağıq", - o bidirib.

Çeçelaşvilinin sözlərinə əsasən, hələlik təşkilat iştirakçı ölkələrin qrupları ilə işləyir.

"Bizim hər bir iştirakçı ölkəmizin ayrı dövlətlər ilə xüsusi tərəfdaşlıq əlaqələri var və bütün iştirakçı ölkələr öz istiqamətində bu məsələlərlə məşğul olur", - Çeçelaşvili bildirib.

GUAM 1997-ci ilin oktyabr ayında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (1999-2005-ci illərdə Özbəkistan da təşkilata daxil olub) tərəfindən yaradılmış regional təşkilatdır. 1999-cu ildə Özbəkistan da bu formata qoşulub, lakin dörd ildən sonra onu tərk edib. 2006-ci ildə GUAM-ın Kiyevdə keçirilən ilk sammitində GUAM-ın "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti